"Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 may tarixli 51 nömrəli qərarına dair Tələblərdə dəyişikliklər edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il

18 may tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"də dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 may tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"də dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr tarixli 388 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

"Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin  2013-cü il        18 may tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər"də aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbənddən "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilmiş lisenziya əsasında təsis edilmiş və" sözləri çıxarılsın.

2. 2.1.2-ci yarımbənddən "lisenziya əsasında" sözləri çıxarılsın.

3. 3.5-ci bənddə "Komitənin" sözü "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin" sözləri ilə əvəz edilsin.

4. 7.1-ci bənd ləğv edilsin

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

«20» oktyabr 2016-cı il

№101

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5