"Gömrük brokerlərinin dövlət qeydiyyatının aparılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

"Gömrük brokerlərinin dövlət qeydiyyatının aparılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il

31 oktyabr tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət qeydiyyatının aparılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli 425 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il                  31 oktyabr tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük brokerlərinin dövlət qeydiyyatının aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.3-cü bənddə "fəaliyyəti üçün lisenziya almış" sözləri "fəaliyyətini həyata keçirən" sözləri ilə əvəz edilsin.

2. 3-cü hissənin mətni aşağıdakı redaksiyada verilsin:

"Gömrük brokeri yenidən təşkil edildikdə, adı və ya hüquqi ünvanı dəyişdikdə, dövlət reyestrində müvafiq dəyişikliklər edilir.".

3. 4.1-ci və 4.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

"4.1. Gömrük brokerinin fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətinə xitam verildikdə, gömrük brokeri dövlət reyestrindən çıxarılır.

4.2. Fəaliyyəti dayandırılmış gömrük brokerinin fəaliyyəti yenidən bərpa edildikdə, gömrük brokeri yenidən dövlət reyestrinə daxil edilir.".

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«18» noyabr 2016-cı il

№ 112

Joomla 1.5