"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında"

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli

103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il        4 noyabr tarixli 440 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7.4-cü, 7.6-cı və 7.32-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

7.4.

Kommersiya hüquqi şəxslərin və fiziki şəxslərin vergi uçotuna alınması

7.6.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi

7.32.

Vergi borcu barədə məlumatın verilməsi

2. Aşağıdakı məzmunda 7.37 - 7.39-cu bəndlər əlavə edilsin:

7.37.

Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi

7.38.

Fiziki şəxsin vergi uçotundan çıxarılması

7.39.

Hazır sənəd barədə məlumatın verilməsi

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«23» dekabr 2016-cı il

№ 120

Joomla 1.5