"Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

2012-ci il 11 oktyabr tarixli 84 nömrəli qərarı ilə təsdiq

edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi

Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə


"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 aprel tarixli          126 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il                        11 oktyabr tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 1.2-ci bəndində "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«18» may 2017-ci il

№ 43

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5