“Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 iyul tarixli 286 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.3-cü yarımbənd əlavə edilsin:

“2.1.3. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanunvericilikdə nəzərdə tutulan hallarda.”.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«3» avqust 2017-ci il

№ 72

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5