“Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

“Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il

28 dekabr tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə  edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə  edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 iyul tarixli 301 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2015-ci il                    28 dekabr tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə  edilməsi Qaydası”nın 2.3-cü bəndində “kommersiya qurumlarına” sözlərindən sonra “, publik hüquqi şəxslərə” sözləri əlavə edilsin.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«3» avqust 2017-ci il

№ 73

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5