Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 468 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 3.13-cü, 3.14-cü, 9.11-ci və 27.28-ci bəndlər əlavə edilsin:

3.13.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması

3.14.

Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi

9.11.

Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi

27.28.

Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi

2.    4.3-cü və 9.6-cı bəndlər ləğv edilsin.

3.    31-ci hissə üzrə:

3.1   adında “Respublikasının” sözündən sonra “Dövlət” sözü əlavə edilsin;

3.2   Aşağıdakı məzmunda 31.3-cü bənd əlavə edilsin:

31.3.

Naxçıvan Muxtar Respublikası Dövlət arxiv fondunun məzmunu və tərkibi  haqqında məlumatların verilməsi

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«1» dekabr 2017-ci il

№ 130

Joomla 1.5