Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə

elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət

növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar

Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli

103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 sentyabr tarixli 363 nömrəli və “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 sentyabr tarixli 368 nömrəli qərarlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 7.39-cu bənd əlavə edilsin:

“7.39.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsi”

2. 17.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“17.1.

Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi”

 

 

 

3. 17.4-cü bənd ləğv edilsin.

4. Aşağıdakı məzmunda 17.11-17.13-cü bəndlər əlavə edilsin:

“17.11.

Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi

17.12.

Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi

17.13.

Qanunvericiliklə müəyyən edilmiş hallarda idxal-ixrac vergilərindən azadolma haqqında sertifikatın verilməsi”

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

«16» oktyabr 2017-ci il

№ 96

Joomla 1.5