“Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il

4 sentyabr tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan

Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların

və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda

dəyişikliklər edilməsi haqqında

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2017-ci il 28 sentyabr tarixli 404 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 sentyabr tarixli 83 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.6.12-ci yarımbənddən “xüsusi” sözü çıxarılsın.

2. Qaydaların 10 nömrəli əlavəsi - “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə”nin 2.2-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«16» oktyabr 2017-ci il

№ 98

 

Joomla 1.5