Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə

elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət

növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar

Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli

103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 sentyabr tarixli 399 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın Nümunəvi formasının 1.8-ci bəndindən “icazə, xüsusi razılıq (lisenziya),” sözləri çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” üzrə:

2.1. 1.1-ci bənddə “xüsusi razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin;

2.2. 2.1-ci bənddə “xüsusi razılığın” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin;

2.3. 4.1-ci bənddə “Xüsusi razılıqların (lisenziyaların)” sözləri “lisenziyaların” sözü ilə əvəz edilsin;

2.4. 4.2-ci bənddə “Xüsusi icazələrin” sözləri “İcazələrin” sözü ilə əvəz edilsin;

2.5. 9.2-ci, 13.1-ci və 16.1-ci bəndlərdə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin;

2.6. 9.3-cü, 9.4-cü və 14.3-cü bəndlərdə “xüsusi icazə” sözləri “icazə” sözü ilə əvəz edilsin;

2.7. 12.5-ci bənddə “xüsusi razılığın (lisenziya)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin;

2.8. 5-ci hissə, 8.11-ci, 10.5-ci və 14.1-ci bəndlər ləğv edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«21» oktyabr 2017-ci il

№ 107

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5