Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə

elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət

növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar

Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli

103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

“Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli 14-V QN nömrəli Qanununa əsasən, “Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il   10 aprel tarixli 59-V FR  nömrəli Fərmanının 5-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.5-ci bənddən “və təhsil müəssisələrinin” sözləri çıxarılsın.

2. 29-cu hissənin adında “Agentliyi” sözü “Xidməti” sözü ilə əvəz edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«26» oktyabr 2017-ci il

№ 110

 

 

Joomla 1.5