“Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il

15 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan

Muxtar Respublikasının gömrük sərhədindən elektrikötürücü

xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin

həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 331 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 446 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti  qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.6-cı bəndində “qısa idxal (ixrac) bəyannaməsi” sözləri “natamam bəyannamə” sözləri ilə əvəz edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«3» noyabr 2017-ci il

№ 112

 

 

 

Joomla 1.5