Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 94 nömrəli qərarında dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından

tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan

Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr

tarixli 94 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 noyabr tarixli 522 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il  8 oktyabr tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”nın 6.2-ci bəndinin 1-ci cümləsində “Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə” sözlərindən sonra “qanunvericiliyə uyğun olaraq” sözləri əlavə edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«11» dekabr 2017-ci il

№ 135

 

 

 

Joomla 1.5