Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 93 nömrəli qərarında dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət

tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan

Muxtar Respublikasından müvəqqəti ixracı Qaydası”nın təsdiq

edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər

Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 93 nömrəli

qərarında dəyişiklik edilməsi barədə


“Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 293 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 611 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il  8 oktyabr tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti ixracı Qaydası”nın 2.2.6-cı yarımbəndində “otuz ildən çox tarixi” sözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.



Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev


«17» yanvar 2018-ci il

№ 12

Joomla 1.5