Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

“Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından

tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan

Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli

94 nömrəli qərarında dəyişikliklər edilməsi barədə


“Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 612 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2.6-cı yarımbənddə “otuz ildən çox tarixi” sözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.

2. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Bu Qaydanın tələbləri kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, mədəniyyət nümunələrinin milli-mədəni sərvətlərə aid edilməsi məqsədilə keçirilən ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarına (suvenirlər daxil olmaqla) şamil edilmir.”.

3. Aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

“6.1-1. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır.”.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«17» yanvar 2018-ci il

№ 13

Joomla 1.5