Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il

28 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan

Muxtar Respublikasında gömrük nəzarətinin həyata keçirilməsi

Qaydaları”nda dəyişiklik edilməsi barədə

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 may tarixli 221 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 6.6-cı bəndində “Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilər” sözləri “Gömrük Məcəlləsinin 131.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar təqdim edilməlidir” sözləri ilə əvəz edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«4» iyun 2018-ci il

№ 102

Joomla 1.5