Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il

16 oktyabr tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki

nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti

obyektlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli 230 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nın 6-cı hissəsində “80.2-ci maddəsinə” sözləri “79.2-ci və 80.1-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«4» iyun 2018-ci il

№ 103

Joomla 1.5