Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 304 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 8 dekabr tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 7.10-cu bənd  aşağıdakı redaksiyada verilsin:

7.10.

Vergi öhdəliyinin yaranmaması haqqında arayışların vergi orqanına təqdim edilməsi

 

2. Aşağıdakı məzmunda 7.41-ci 7.42-ci 7.43-cü 7.44-cü bəndlər əlavə edilsin:

7.41.

Vətəndaşların vergi orqanlarında qəbula yazılması

7.42.

Vergilər nazirliyinə müraciət

7.43.

Vergi öhdəliyinin əvvəlcədən maliyyələşdirilməsi barədə qərarın qəbul edilməsi

7.44.

“Sıfır faiz (0 %) dərəcə ilə ƏDV-yə cəlb olunma haqqında” sertifikatın təqdim edilməsi

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«8» avqust 2018-ci il

№ 138

Joomla 1.5