Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının

müdafiəsi üzrə komissiyanın tərkibi haqqında

 

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 9 nəfərdən ibarət aşağıdakı yeni tərkibdə təsdiq edilsin:

Komissiyanın sədri

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Komissiyanın üzvləri

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Aparatının Tibbi yardımın təşkili şöbəsinin müdiri

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Sosial təminat və əlillərin sosial müdafiəsi şöbəsinin müdiri

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupun baş inspektoru

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin baş məsləhətçisi

2. “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tərkibi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 fevral tarixli 12 nömrəli qərarı ləğv edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«8» avqust 2018-ci il

№ 141

Joomla 1.5