“Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

 

“Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2018-ci il də daxil olmaqla, 5 (beş) il müddətində qüvvədədir.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                  Ə.Baxşıyev

 

«10» oktyabr 2018-ci il

№167

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

2018-ci il “10” oktyabr tarixli 167 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki

və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə)

görə subsidiya verilməsi

Q A Y D A S I

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə (bundan sonra - arıçılar) saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi qaydasını müəyyən edir.

1.2. Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları qanunvericiliyin tələblərinə uyğun uçota alınmalıdır.

1.3. Arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 (on) manat məbləğində subsidiya verilir.


2. Əsas anlayışlar

 

2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. arıçılıq - bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi;

2.0.2. arı ailəsi - pətəkdə və ya təbii yuvalarda cəmiyyət halında yaşayan bir ana arı, on minlərlə işçi arı və minlərlə erkək arıdan ibarət bal arıları;

2.0.3. pətək - arı ailəsinin saxlandığı daşına bilən qurğu (taxta qutu, səbət və s.);

2.0.4. arıçılıq təsərrüfatları - bal arılarının yetişdirilməsi, saxlanması, arıçılıq məhsullarının istehsalı və dövriyyəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məşğul olan subyektlər;

2.0.5. arıxana - arıçılıqla məşğul olmaq üçün arı ailələri, zəruri avadanlıq və tikililərlə birlikdə müəyyən ərazidə yerləşdirilmiş pətəklik;

2.0.6. identikləşdirmə - arı ailəsinin (pətəyin) uçota alınması (kodlaşdırılması).

 

3. Arı ailələrinin (pətəklərinin) identikləşdirilməsi və dövlət

büdcəsinin vəsaiti hesabına subsidiya verilməsi

 

3.1. Arıçıların saxladıqları arı ailələrinin (pətəklərinin) identikləşdirilməsı və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsinin təşkili üçün Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti  (bundan sonra - Xidmət) tərəfindən aşağıdakı tərkibdə rayon (şəhər) komissiyaları yaradılır:

3.1.1. komissiyanın sədri - Xidmətin rayon (şəhər) idarəsinin müdiri;

3.1.2. komissiyanın üzvləri - rayon (şəhər) icra hakimiyyətinin nümayəndəsi, Xidmətin rayon (şəhər) idarəsinin nümayəndəsi, rayon (şəhər) statistika idarəsinin nümayəndəsi.

3.2. Arıçılar saxladıqları arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi üçün bu Qaydanın          1 nömrəli əlavəsinə uyğun tərtib etdikləri ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyasına təqdim edirlər.

3.3. Rayon (şəhər) komissiyaları bu Qaydanın 3.2-ci bəndində qeyd olunan ərizə daxil olduğu tarixdən 15 gün müddətində yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisini, bələdiyyənin nümayəndəsini, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin rayon (şəhər) idarəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsini və ərizəçini cəlb etməklə, məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin (pətəklərinin) mövcudluğunu yoxlayır və üzərində Xidmətin loqosu, rəsmi kodu (AZ), “Arı ailəsi” sözlərinin baş hərfləri (AA) və səkkizrəqəmli sıra nömrəsi yazılmış, uzunluğu 95,0 millimetr, eni 57,0 millimetr ölçüdə düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şurup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edirlər.

3.4. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi ərizəçiyə verilir, digər nüsxəsi isə rayon (şəhər) komissiyalarında saxlanılır.

3.5. Bu Qaydanın 3.2-ci bəndində göstərilən tarixdən sonra formalaşdırılan arı ailələri (pətəkləri) növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya verilir.

3.6. Arı ailələri (pətəkləri) özgəninkiləşdirildikdə, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə, arıçılar tərəfindən 5 (beş) gün müddətində rayon (şəhər) komissiyalarına məlumat verilir və həmin arı ailələri (pətəkləri) üzrə aparılmış identikləşdirilmə ləğv edilir.

3.7. Rayon (şəhər) komissiyaları hər il iyun ayının 15-dək inzibati ərazi dairəsi üzrə subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatları bu Qaydanın 3 nömrəli əlavəsinə uyğun hazırlanmış icmal siyahını, habelə hesablanmış subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün onların bank hesabına dair məlumatları Xidmətə göndərirlər.

3.8. Bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq təqdim olunmuş sənədlərə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisinin əmri ilə yaradılan komissiya tərəfindən baxılır və 20 gün müddətində arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi ilə bağlı qərar qəbul edilir.

3.9. Xidmət ödəniləcək subsidiyanın arıçıların bank hesablarına köçürülməsi üçün müvafiq sifarişi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

3.10. Bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların vəsaiti hesabına həyata keçirilir.

 

4. Yekun müddəalar

 

4.1. Arıçılar əldə etdikləri məhsul barədə hər il arıçılıq mövsümü başa çatdıqdan sonra oktyabrın 30-dək bu Qaydanın 4 nömrəli əlavəsində göstərilmiş formada hesabat hazırlayaraq, ümumi poçt və ya elektron qaydada rayon (şəhər) komissiyalarına göndərirlər.

4.2. Rayon (şəhər) komissiyaları hər il dekabrın 30-dək arıçılara dövlət büdcəsinin vəsaiti hesabına ödənilmiş subsidiyanın məbləği barədə hesabatı Xidmətə təqdim edirlər.

4.3. Subsidiya verilmiş arıçılara dair elektron məlumatlar Xidmətin rəsmi internet saytında yerləşdirilir.

4.4. Arıçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan                                                                                                                                                                                                                                fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə                                                                                                                                                                                                                                     (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

1 nömrəli əlavə

 

________________________ rayon (şəhər) komissiyasına

(rayonun (şəhərin) adı)

 

_______________________________________________

(arıçının soyadı, adı, atasının adı, hüquqi şəxsin adı və ya

səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı)

_______________________________________tərəfindən

 

 

ƏRİZƏ

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il __ sentyabr tarixli ___ nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ______________________________________ saxladığım ____ arı ailəsinin

(arıçılıq təsərrüfatının yerləşdiyi ərazinin adı)

(pətəyin) identikləşdirilməsini və dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsini xahiş edirəm.

 

________________    ____________________

M.Y                          (imza)

 

______________________________________

(vəzifəsi, soyadı, adı, atasının adı, əlaqə vasitəsi)

 

 

“_____” ________________ 20__-ci il

 

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan                                                                                                                                                                                                                               fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə                                                                                                                                                                                                                                     (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

2 nömrəli əlavə

 

Arı ailələrinin (pətəklərinin) yoxlanılması və mövcudluğu haqqında

A K T

 

_______rayonunun (şəhərinin) ______kəndi               “__” ______20__ -ci il

 

Biz, aşağıda imza edənlər:

1. ________rayon (şəhər) baytarlıq idarəsinin əməkdaşı_________________

2. ________ Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin __________ Rayon (Şəhər) İdarəsinin __________inzibati ərazi dairəsi üzrə nümayəndəsi __________________________________________________

3. __________rayon (şəhər) icra hakimiyyətinin ________________ inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təmsilçisi ________________________

4. _________bələdiyyəsinin təmsilçisi ______________________________

5. Ərizəçi _____________________________________________________

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il __ sentyabr tarixli ___ nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, arıçılıq mövsümünün başlanması ilə əlaqədar _______ rayonunun (şəhərinin) ________ qəsəbə (kənd) sakini  ___________________  müraciətinə əsasən,                                                                              (soyadı, adı, atasının adı)

20___-ci il “____” _________ tarixinə təsərrüfatında olan arı ailəsinin (pətəyin) mövcudluğunun yoxlanılması və dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi üçün baxış keçirdik.

 

Rayon (şəhər) komissiyası_____________ rayonunun ____________ qəsəbəsində (kəndində) yerləşən  ___________________________________

(soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

aşağıdakıları müəyyən etdi:

 


S/№

Pətəyin identikləş-dirmə kodu, nömrəsi

Arı ailəsinin vəziyyəti

Bal arısının cinsi

İşçi və erkək arı ilə sıx örtülmüş çərçivələrin sayı (ədəd)

Ana arının mövcud-luğu

Boz Dağ Qafqaz

Sarı Qafqaz

Digərləri və ya təyin edilməyən

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd olunanları nəzərə alaraq, 20__-ci il “____”  ____________tarixinə_______________________________ məxsus arıçılıq

(soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

təsərrüfatında _____arı ailəsinin (pətəyin) mövcud olduğunu müəyyən etdik.

 

Aktın doğruluğunu imzalarımızla təsdiq edirik:

___________ _________________________

(imza)      (soyadı, adı, atasının adı, vəzifəsi)

___________ _________________________

___________ _________________________

 

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan                                                                                                                                                                                                                                fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə                                                                                                                                                                                                                                      (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

3 nömrəli əlavə

 

 

TƏSDİQ EDİRƏM:

_________ rayon (şəhər) komissiyasının

sədri ____________________________

(soyadı, adı, atasının adı)

“____” __________________ 20__-ci il

20___-ci il üzrə _____________rayonunda (şəhərində) arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə veriləcək subsidiyanın məbləğinə dair

İCMAL SİYAHI

Sıra №-si

Təsərrüfat sahibinin soyadı, adı, atasının adı

Əlaqə vasitəsi (telefon nömrəsi)

Arı ailələrinin (pətəklərin) sayı (ədəd)

Subsidiyanın məbləği (manat)

________________ üzrə cəmi

(şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

________________ üzrə cəmi

(şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

________________ üzrə cəmi

(şəhər, qəsəbə, kənd)

 

 

 

 

 

 

 

 

 

 

 

Rayon (şəhər) üzrə cəmi

 

 

 

 

Rayon (şəhər) komissiyasının üzvləri:

____________________  ___________________________

(imza)               (soyadı, adı, atasının adı, vəzifəsi)

____________________  ___________________________

____________________ ___________________________

 

 

 

“Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan                                                                                                                                                                                                                                fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə                                                                                                                                                                                                                                      (pətəyə) görə subsidiya verilməsi Qaydası”na

 

4 nömrəli əlavə

____________rayonunun (şəhərinin) ____________ qəsəbəsində (kəndində)

 

____________________________ tərəfindən 20___-ci ilin arıçılıq mövsümü

(soyadı, adı, atasının adı, FİN və ya VÖEN-i)

ərzində istehsal etdiyi arıçılıq məhsulları haqqında

MƏLUMAT

Arı ailələrinin (pətəklərin) sayı _________

(ədəd)

 

Sıra №-si

İstehsal edilmiş məhsul

Qeyd

məhsulun adı

ölçü vahidi

miqdarı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

_____________            ____________________________________

(imza)             (soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı)

“_____” _____________20___-ci il


Joomla 1.5