Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 avqust tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Çap

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il

24 avqust tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman

mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda

dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında və “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi və “Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 sentyabr tarixli 420 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 avqust tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5.1.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.11-ci yarımbənd əlavə edilsin:

“5.1.11. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə əməl etmək.”.

2. Aşağıdakı məzmunda 13.4-1-ci bənd əlavə edilsin:

“13.4-1. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«10» oktyabr 2018-ci il

№ 168