Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 11 oktyabr tarixli 84 nömrəli qərarında dəyisiklik edilməsi barədə

ÇapE-poçt

çıxarış

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ


Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 11 oktyabr tarixli 84 nömrəli və  “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 11 sentyabr tarixli 62 nömrəli qərarlarında

dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 480 nömrəli qərarının 2-ci və 7-ci hissələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 oktyabr tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 2.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.4. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri;”;

1.2. aşağıdakı məzmunda 2.2.5-ci yarımbənd əlavə edilsin:

“2.2.5. sanator tipli məktəbəqədər təhsil müəssisəsi.”;

1.3. 2.4-cü bənddə “Xüsusi uşaq bağçaları” sözləri “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 6.38-ci bənd əlavə edilsin:

“6.38. Məktəbəqədər təhsil müəssisələrində qanunvericiliyə uyğun olaraq psixoloji xidmət təşkil olunur.”.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«30» noyabr 2018-ci il

№ 198

Joomla 1.5