“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 95 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

2014-cü il 16 oktyabr tarixli 95 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

 

“Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 noyabr tarixli 495 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 oktyabr tarixli 95 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və preambulasında “Tikinti obyektinin istismarına icazənin vahid forması”nın” sözləri “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın” sözləri ilə əvəz edilsin;

1.2. mətn hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. “Tikinti obyektinin istismarına icazə”nin forması təsdiq edilsin (1 nömrəli əlavə).”;

1.3. aşağıdakı məzmunda 2-ci və 3-cü hissələr əlavə edilsin:

“2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (2 nömrəli əlavə).

3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Tikinti obyektinin istismarına icazə”nin forması reklam qurğuları istisna olmaqla digər tikinti obyektlərinə şamil edilir.”;

1.4. həmin Qərarla təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazə” üzrə:

1.4.1. yuxarı sağ küncdə “təsdiq edilmişdir” sözlərindən sonra “1 nömrəli əlavə” sözləri əlavə edilsin;

1.4.2. “İCAZƏ № ___” sözləri “İCAZƏ” sözü ilə əvəz edilsin;

1.4.3. “Tarix” sözü “№___ Tarix _______” sözləri ilə əvəz edilsin.

2. “Reklam qurğusunun istismarına icazə”nin forması təsdiq edilsin (əlavə olunur).”.

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«11» dekabr 2018-ci il

№ 206

Joomla 1.5