Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 33 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

 

 

“Naxçıvan Muxtar Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın və Naxçıvan Muxtar Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında”

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

2014-cü il 19 mart tarixli 33 nömrəli Qərarında

dəyişikliklər edilməsi barədə

 

“Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 39 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 dekabr tarixli 535 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Naxçıvan Muxtar Respublikasının  ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları”nın və Naxçıvan Muxtar Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 33 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Naxçıvan Muxtar Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsviri”nin 2.1-ci bəndində “ACTIVITY IN THE TERRITORY” sözləri “ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Naxçıvan Muxtar Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin nümunəsi”ndə “ACTIVITY IN THE TERRITORY” sözləri “ACTIVITY WITHIN THE TERRITORY” sözləri ilə əvəz edilsin.

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

«29» dekabr 2018-ci il

№ 214

 

Joomla 1.5