“Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmağa yol verilməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ
Q Ə R A R I

“Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmağa yol verilməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə

 

“Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə”  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmağa yol verilməyən xəstəliklərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev


«4» mart 2019-cu il

№ 24

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin

2019-cu il “4” mart tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə

məşğul olmağa yol verilməyən xəstəliklərin

S İ Y A H I S I

S/№

Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə (XBT-10) kodu

Xəstəliklərin adı

A15

Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi

F00

Alsheymer xəstəliyi zamanı demensiya

F01

Vaskulyar demensiya

F02

Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya

F03

Dəqiqləşdirilməmiş demensiya

F06.0

Üzvi hallyüsinoz

F06.1

Üzvi-katatonik hal

F06.2

Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu

F07.0

Üzvi mənşəli şəxsiyyət pozuntusu

F10

Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları

F11

Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları

F12

Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları

F14

Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları

F16

Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları

F20

Şizofreniya

F22

Xroniki sayıqlama pozuntuları

F31.1

Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu

F31.2

Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu

F31.4

Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu

F31.5

Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu

F33.3

Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod

F60.0

Şəxsiyyətin paranoid pozuntusu

F60.2

Şəxsiyyətin dissosial pozuntusu

F60.3

Şəxsiyyətin emosional davamsız pozuntusu

F60.4

Şəxsiyyətin isterik pozuntusu

F63.0

Azartlı oyunlara patoloji meyil

F63.1

Yanğına patoloji hərislik (piromaniya)

F63.2

Oğurluğa patoloji hərislik (kleptomaniya)

F65

Seksual seçimin pozuntusu

F98.5

Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)

H90.5

Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)

J38.0

Səs büküşlərinin və qırtlağın iflici

H54.0

Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)

H54.1

Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)

 

Joomla 1.5