Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli 94 nömrəli Qərarı ilə

təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 mart tarixli 72 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 5.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.8. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«19» mart 2019-cu il

№ 30

Joomla 1.5