Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetininbəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

ÇapE-poçt

çıxarış

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetininbəzi qərarlarında dəyişikliklər edilməsi haqqında


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 79 nömrəli, 80 nömrəli, 81 nömrəli, 83 nömrəli və 84 nömrəli qərarlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

7. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 fevral tarixli 24 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.1-ci bənddə və 3.2.3-cü yarımbənddə “əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

7.2. 1.3-cü, 2.1-ci bəndlərdə və 3.7.3-cü yarımbənddə “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin;

7.3. 3.7.4-cü yarımbənddə “əlillərin və sağlamlıq imkanları məhdud uşaqların” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.4. 3.2.2-ci yarımbənddə “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.5. 3.4-cü bəndin ikinci cümləsində “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “Əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin.

10. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 1 iyul tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2.1.8-ci yarımbənddə “qrup əlil olduğunu təsdiq edən Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK) müayinə aktından çıxarış” sözləri “dərəcə əlilliyini müəyyən edən Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra - TSEK) qərarı” sözləri ilə əvəz edilsin;

10.2. 3.1-ci bənddə “TSEK-nın müayinə aktından çıxarışla” sözləri “TSEK-in qərarı ilə” sözləri ilə əvəz edilsin;

10.3. 5.1.2-ci yarımbənddə “təsdiq edən TSEK-nın müayinə aktından çıxarış” sözləri “müəyyən edən TSEK-in qərarı” sözləri ilə əvəz edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                   Ə.Baxşıyev

 

«1» aprel 2019-cu il

№ 34

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5