Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli77 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli77 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli Qərarının 3-cü hissəsində “20 faizi ödənildikdə,” sözlərindən sonra “Cəmiyyətə əvəzsiz olaraq verilmiş kənd təsərrüfatı texnikaları istisna olmaqla” sözləri əlavə edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                 Ə.Baxşıyev


«29» aprel 2019-cu il

№ 54

 

 

 

 

Joomla 1.5