“Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 yanvar tarixli 17 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

çıxarış

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın

təsdiq edilməsi haqqında” 2018-ci il 25 yanvar tarixli 17 nömrəli və “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim

olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 25 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 618 nömrəli və “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 621 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 iyul tarixli 298 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyindən daxil olan məlumat əsasında aparılır.”;

1.2. 4.1-ci bəndin birinci və ikinci cümlələrinə “Fondun orqanları” sözlərindən sonra “və vergi orqanları” sözləri əlavə edilsin;

1.3. 4.1-ci bəndin ikinci cümləsində “məcburi dövlət sosial sığorta haqqının toplanması qaydalarına və məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydalarına” sözləri “sığortaedənlərin və sığortaolunanların uçotu qaydasına” sözləri ilə əvəz edilsin;

1.4. 4.2-ci bəndə “Fondun yerli orqanlarının” sözlərindən sonra “və vergi orqanlarının” sözləri əlavə edilsin.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                 Ə.Baxşıyev

 

«29» iyul 2019-cu il

№ 96

Joomla 1.5