“Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

“Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında

 

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” təsdiq edilsin (əlavə оlunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş naziri:                                                 Ə.Baxşıyev

 

«1» avqust 2019-cu il

№ 105

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il

1 avqust tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Naxçıvan Muxtar Respublikasında işaxtaran

və işsiz şəxslərin peşə hazırlığının təşkili

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra - peşə hazırlığı) təşkili qaydasını müəyyən edir.

1.2. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin (bundan sonra – Xidmət) şəhər, rayon məşğulluq orqanları tərəfindən cəlb edilirlər.

1.3. Cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Xidmətin şəhər, rayon məşğulluq orqanları tərəfindən təşkil olunur.

1.4. Peşə hazırlığı Xidmətin şəhər, rayon məşğulluq orqanlarının göndərişi əsasında Nazirliyin tabeliyində olan peşə təhsili müəssisəsində (bundan sonra - təhsil müəssisəsi) təşkil edilir.

1.5. Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir.

1.6. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 3 (üç) aya qədərdir.

1.7. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

1.8. Peşə hazırlığının təşkili zamanı üç ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar üstün hüquqa malikdirlər.

1.9. Bu Qaydada istifadə olunan anlayışlar qanunvericiliklə müəyyən edilmiş mənaları ifadə edir.

2. Peşə hazırlığının təşkili

2.1. Xidmət:

2.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən edir;

2.1.2. işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili ilə əlaqədar şəhər, rayon məşğulluq orqanlarının fəaliyyətini əlaqələndirir;

2.1.3. təhsil müəssisəsi və Xidmətin şəhər, rayon məşğulluq orqanları tərəfindən bu Qayda ilə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edir.

2.2. Peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisəsində peşə hazırlığının təşkili məqsədi ilə Xidmətin şəhər, rayon məşğulluq orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun göndəriş verilir.

2.3. Peşə hazırlığının təşkili məqsədilə 2 nömrəli əlavəyə uyğun üçtərəfli (Xidmətin şəhər, rayon məşğulluq orqanları - təhsil müəssisəsi - müdavim) və ya 3 nömrəli əlavəyə uyğun dördtərəfli (Xidmətin şəhər, rayon məşğulluq orqanları - təhsil müəssisəsi - işəgötürən - müdavim) müqavilələr bağlanır.

2.4. Xidmətin şəhər, rayon məşğulluq orqanlarında işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onlar üçün münasib işi seçmək mümkün olmadıqda və ya onlar əvvəlki peşəsi (ixtisası) üzrə işləmək qabiliyyətlərini itirdikdə peşə hazırlığına cəlb edilirlər.

2.5. İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur.

2.6. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə qanunvericiliyə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.

2.7. Xidmətin şəhər, rayon məşğulluq orqanlarının  təklifi ilə bir şəhər və (və ya) rayon inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin təhsil müəssisəsində müvafiq təminatları ödənilir.

2.8. İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir.

2.9. İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

3. Peşə hazırlığının maliyyələşdirilməsi

3.1. Peşə hazırlığı aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

3.1.1. işsizlikdən sığorta fondunun vəsaiti;

3.1.2. işəgötürənlərin vəsaiti;

3.1.3. işaxtaran şəxslərin vəsaiti;

3.1.4. qanunvericiliyə uyğun olaraq verilən qrantlar və yardımlar;

3.1.5. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

3.2. Peşə hazırlığının maliyyələşdirilməsi təhsil müəssisəsi tərəfindən həyata keçirilir:

 


 

“Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na

1 nömrəli əlavə

 

______________________________________________________________

(Xidmətin şəhər, rayon məşğulluq orqanı)

Peşə hazırlığına göndəriş № _______

_____________________________________________________ rəhbərinə

(təhsil müəssisəsinin adı)

___ __________ ___ il tarixli ___________  № li müqaviləyə uyğun olaraq

şəxs ____________________________________________________________

(soyadı, adı, atasının adı)

____ _________ ___ ildən ____ __________ ___ ildək _______________ saat

həcmində ___________________________________________________ üzrə

(peşənin, ixtisasın adı)

 

peşə hazırlığını keçmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsinə göndərilir.

 

Göndəriş _____ ______________ ___ il tarixində verilmişdir.

 

______________________________________________________________

(rəhbər şəxsin vəzifəsi, soyadı, adı və atasının adı)

 

İmza ___________________

 

M.Y.

 

 

 

 

 


 

 

 

“Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na

2 nömrəli əlavə

 

 

Peşə hazırlığının təşkilinə dair üçtərəfli

MÜQAVİLƏ № ____

“___” ___________ 20___-il                  ___________________ şəhər (rayon)

______________________________________________________________

(Xidmətin şəhər, rayon məşğulluq orqanı)

______________________________________________________________

(peşə təhsili müəssisəsi)

______________________________________________________________

(müdavim)

aşağıdakılar barədə müqavilə bağladılar:

1. Müqavilənin məqsədi

Qanunvericiliyə uyğun olaraq işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı təşkil etmək.

2. Tərəflərin hüquqları və vəzifələri

2.1. Tərəflərin hüquqları aşağıdakılardır:

2.1.1. Xidmətin şəhər, rayon məşğulluq orqanı:

2.1.1.1. müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən etmək;

2.1.1.2. ______________________________________________________________

(müdavim)

______________________________________________________________

(təhsil müəssisəsinin adı)

_________ aylıq __________ saatlıq _________________________ ixtisası üzrə

____________________________________________ kursuna göndərmək.

(yenidən hazırlanma/ixtisasartırma)

2.1.2. Təhsil müəssisəsi:

2.1.2.1. “__” _________ 20____ il tarixindən başlayaraq _______ aylıq ______ saat həcmində ________ ixtisası üzrə _________________________

_______________________________________ təhsil kursunu tədris etmək;

(yenidən hazırlanma/ixtisasartırma)

2.1.2.2. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

2.1.2.3. peşə hazırlığının başlanması və bitməsini müvafiq əmrlə rəsmiləşdirmək;

2.1.3. Müdavimlər:

2.1.3.1. təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

2.1.3.2. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

2.1.3.3. praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək.

2.2. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.2.1. Xidmətin şəhər, rayon məşğulluq orqanı:

2.2.1.1. peşə hazırlığına cəlb olunan işaxtaran və işsiz şəxslərin fərdi qeydiyyat vərəqəsində müvafiq qeydlər aparmaq.

2.2.2. Təhsil müəssisəsi:

2.2.2.1. peşə hazırlığını peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirmək;

2.2.2.2. peşə hazırlığının maliyyələşdirilməsi ilə əlaqədar ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək və bu barədə sənədlərin surətlərini Xidmətə təqdim etmək;

2.2.2.3. peşə hazırlığı bitdikdən sonra müdavimlərdən imtahan götürmək, təhsil haqqında dövlət sənədi (sertifikat) vermək və imtahan protokolunun surətini Xidmətə təqdim etmək.

2.2.2.4. peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə (işsizlikdən sığorta ödənişi alan şəxslər istisna olmaqla) minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəmək.

2.2.3. Müdavimlər:

2.2.3.1. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

2.2.3.2.təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək;

2.2.3.3. əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

3. Tərəflərin məsuliyyəti

3.1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.

3.2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

3.3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, məhkəmə qaydasında həll edilir.

3.4. Bu Müqaviləyə dəyişiklik və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.

3.5. Müqavilə digər tərəfə bildirmədən birtərəfli pozula bilməz.

4. Tərəflərin ünvanları və rekvizitləri

________________________________

Xidmətin şəhər, rayon məşğulluq orqanı

_____________________________________

Peşə təhsili müəssisəsi

________________________________

hüquqi ünvan

_____________________________________

hüquqi ünvan

________________________________

hesab nömrəsi

_____________________________________

hesab nömrəsi

________________________________

imza, tarix, möhür

____________________________________

imza, tarix, möhür

 

 

________________________________

Müdavim (imza, tarix)

 

“Naxçıvan Muxtar Respublikasında işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na

3 nömrəli əlavə

 

 

Peşə hazırlığının təşkilinə dair dördtərəfli

MÜQAVİLƏ № ______

 

“___” ____________ 20___-il                                          ______ şəhər (rayon)

______________________________________________________________

(Xidmətin şəhər, rayon məşğulluq orqanı)

______________________________________________________________

(peşə təhsili müəssisəsi)

______________________________________________________________

(işəgötürən)

______________________________________________________________

(müdavim)

aşağıdakılar barədə müqavilə bağladılar:

1. Müqavilənin məqsədi

Qanunvericiliyə uyğun olaraq işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığı təşkil etmək.

2. Tərəflərin hüquqları və vəzifələri

2.1. Tərəflərin hüquqları aşağıdakılardır:

2.1.1. Xidmətin şəhər, rayon məşğulluq orqanı:

2.1.1.1. müvafiq inzibati ərazi vahidi üzrə əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən etmək;

2.1.1.2. ______________________________________________________________

(müdavim)

______________________________________________________________

(təhsil müəssisəsinin adı)

_________ aylıq __________ saatlıq ______________________ ixtisası üzrə

____________________________________________ kursuna göndərmək.

(yenidən hazırlanma/ixtisasartırma)

 

2.1.2. Təhsil müəssisəsi:

2.1.2.1. “__” _________ 20____ il tarixindən başlayaraq _______ aylıq ______ saat həcmində ______ ixtisası üzrə ___________________________

_______________________________________ təhsil kursunu tədris etmək;

(yenidən hazırlanma/ixtisasartırma)

2.1.2.2. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

2.1.2.3. peşə hazırlığının başlanması və bitməsini müvafiq əmrlə rəsmiləşdirmək;

2.1.3. İşəgötürən:

2.1.3.1. təcrübə dövründə müəssisədaxili intizam, sanitariya və təhlükəsizlik qaydalarına əməl edilməsini müdavimdən tələb etmək;

2.1.3.2. tərəflərdən bu Müqavilə ilə müəyyən edilən vəzifələrinin icra edilməsini tələb etmək.

2.1.4. Müdavimlər:

2.1.4.1. təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

2.1.4.2. peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulmuş infrastrukturdan (tədris-istehsalat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və s.) istifadə etmək;

2.1.4.3.praktiki məşğələlərdə iştirak etmək, bilik, bacarıq və vərdişlərə yiyələnmək.

2.2. Tərəflərin vəzifələri aşağıdakılardır:

2.2.1. Xidmətin şəhər, rayon məşğulluq orqanı:

2.2.1.1. peşə hazırlığına cəlb olunan işaxtaran və işsiz şəxslərin fərdi qeydiyyat vərəqəsində müvafiq qeydlər aparmaq.

2.2.2. Təhsil müəssisəsi:

2.2.2.1. peşə hazırlığını peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirmək;

2.2.2.2. peşə hazırlığının maliyyələşdirilməsi ilə əlaqədar ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etmək və bu barədə sənədlərin surətlərini Xidmətə təqdim etmək;

2.2.2.3. peşə hazırlığı bitdikdən sonra müdavimlərdən imtahan götürmək, təhsil haqqında dövlət sənədi (sertifikat) vermək və imtahan protokolunun surətini Xidmətə təqdim etmək.

2.2.2.4. peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə (işsizlikdən sığorta ödənişi alan şəxslər istisna olmaqla) minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəmək.

2.2.3. İşəgötürən:

2.2.3.1. peşə hazırlığını müvəffəqiyyətlə başa çatdırmış şəxsi __________ gün ərzində münasib işlə təmin etmək;

2.2.3.2. müdavimlərin istehsalat təcrübəsi keçmələri üçün mövcud infrastrukturundan istifadə etməyə şərait yaratmaq;

2.2.3.3. işə qəbul etdiyi müdavimləri əmək qanunvericiliyinə müvafiq olaraq əmək şəraiti, əməyin mühafizəsi, əməkhaqqı ilə təmin etmək;

2.2.3.4. qanunvericiliyə uyğun olaraq, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmalarını təmin etmək.

2.2.4. Müdavimlər:

2.2.4.1. ixtisas üzrə verilən təlimatlara əməl etmək, tapşırılan işi diqqətlə yerinə yetirmək;

2.2.4.2. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə əməl etmək;

2.2.4.3. əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək.

3. Tərəflərin məsuliyyəti

3.1. Tərəflər Müqavilənin bəndləri ilə müəyyən edilmiş vəzifələri icra etmədikdə mülki məsuliyyət daşıyırlar.

3.2. Tərəflər bu Müqavilədən irəli gələn mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

3.3. Bu Müqavilədən irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə məhkəmə qaydasında həll edilir.

3.4. Bu Müqaviləyə dəyişiklik və əlavələrin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.

3.5. Müqavilə digər tərəfə bildirmədən birtərəfli pozula bilməz.

4. Tərəflərin ünvanları və rekvizitləri

 

_________________________________

Xidmətin şəhər, rayon məşğulluq orqanı

_________________________________

Peşə təhsili müəssisəsi

_________________________________

hüquqi ünvan

_________________________________

hüquqi ünvan

_________________________________

hesab nömrəsi

_________________________________

hesab nömrəsi

_________________________________

imza, tarix, möhür

 

 

 

_________________________________

imza, tarix, möhür

_______________________________

İşəgötürən

____________________________

Müdavim (imza, tarix)

_______________________________

hüquqi ünvan

 

_______________________________

imza, möhür

 

 

 

Joomla 1.5