“Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

“Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında

“Aqrar Sığorta Fondunun yaradılması barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 08 yanvar tarixli 198-VFR nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş Naziri:                                                          Əlövsət Baxşıyev

 

15 yanvar 2020-ci il

 

№ 6

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il

15 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməliolan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanınınmüraciətinə əlavə ediləcək sənədlərin

SİYAHISI

1. Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi üçün aqrar sığorta orqanının müraciətinə aşağıdakılar əlavə edilməlidir:

1.1. sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair Məlumat (əlavə edilir);

1.2. hüquqi şəxslərlə bağlanılmış sığorta müqavilələrinin və ya onlara verilmiş sığorta şəhadətnamələrinin surəti;

1.3. hər bir sığorta müqaviləsi üzrə sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilməli olan hissəsinin ödənilməsi barədə sənədlərin surəti.

2. Bu Siyahının 1.2-ci bəndində göstərilmiş sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələblərinə uyğun əldə edilə bilər.

 

 

 

 

“Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təmin edilməsi

üçün aqrar sığorta orqanının müraciətinə əlavə ediləcək sənədlərin Siyahısı”na əlavə

 

Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinə dair

M Ə L U M A T

 

Joomla 1.5