“Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

 

“Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında

 

“Aqrar Sığorta Fondunun yaradılması barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 08 yanvar tarixli 198-VFR nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

“Aqrar sığorta predmetinin Tərkibi” təsdiq edilsin (əlavə olunur).

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş Naziri:                                                          Əlövsət Baxşıyev

 

15 yanvar 2020-ci il

 

№ 7

 

 

tNaxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il

15 yanvar tarixli 7 nömrəli Qərarı ilə əsdiq edilmişdir

Aqrar sığorta predmetinin

TƏRKİBİ

1. Aqrar sığortanın predmetinə aşağıdakılar daxildir:

1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə:

1.1.1. buğda;

1.1.2. arpa;

1.1.3. qarğıdalı;

1.1.4. kartof

1.1.5. şəkər çuğunduru;

1.1.6. tütün;

1.1.7. üzüm;

1.1.8. limon;

1.1.9. badam;

1.2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə:

1.2.1. 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar;

1.3. akvakultura məhsulu üzrə:

1.3.1. balıqlar.

2. Hər il üçün sığorta məhsulları bu siyahının 1-ci hissəsində göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15-dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.

 

Joomla 1.5