Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təsdiq edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

 

Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin təsdiq edilməsi haqqında

 

“Aqrar Sığorta Fondunun yaradılması barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 08 yanvar tarixli 198-VFR nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi aşağıdakı qaydada təsdiq edilsin:

1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində;

2. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində;

3. akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində.

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş Naziri:                                                          Əlövsət Baxşıyev

 

15 yanvar 2020-ci il

 

№ 8

 

Joomla 1.5