“Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLIKASI NAZIRLƏR KABINETININ

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 mart tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji

xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

“Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28  yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 fevral tarixli 55 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 mart tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın 4.11-ci bəndində “məhkumlar” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişsiz” sözləri əlavə edilsin.

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş Naziri:                                                          Əlövsət Baxşıyev

 

2 mart 2020-ci il

№ 43

Joomla 1.5