2013-cü il 3 may tarixli 46 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 22 avqust tarixli 81 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 46 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 22 avqust tarixli 81 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 fevral tarixli 63 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 may tarixli 46 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adından, preambulasından və 1-ci hissəsindən “və psixoloji” sözləri çıxarılsın;

1.2. həmin Qərarla təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları” üzrə:

1.2.1. adından və 1.1-ci bəndindən “və psixoloji” sözləri çıxarılsın;

1.2.2. 1.2-ci bənddən birinci halda “və psixoloji” sözləri çıxarılsın və həmin bənddə “, epidemiya əleyhinə və psixoloji” sözləri “və epidemiya əleyhinə” sözləri ilə əvəz edilsin;

1.2.3. 6-cı hissə ləğv edilsin.

2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il       22 avqust tarixli 81 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 4.25-ci bənd əlavə edilsin:

“4.25. Ümumtəhsil məktəbində qanunvericiliyə uyğun olaraq psixoloji xidmət təşkil olunur və qanunvericiliyin tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir.”;

2.2. aşağıdakı məzmunda 7.1.4-1-ci yarımbənd əlavə edilsin:

“7.1.4-1. qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.

 

 

Naxçıvan Muxtar Respublikasının

Baş Naziri:                                                          Əlövsət Baxşıyev

 

10 mart 2020-ci il

№ 52

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Joomla 1.5