Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Sərəncamı 04.03.2013

ÇapE-poçt


NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

SƏRƏNCAMI

“Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 2747 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə;

1. “2013-cü il aprelin 1-dən 30-dək Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi” təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Naxçıvan Muxtar Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsünlər.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



Naxçıvan Muxtar Respublikasının

Baş naziri: Ə.Baxşıyev


«04» mart 2013-cü il

№ 18s


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il «04» mart tarixli 18s nömrəli sərəncamı ilə təsdiq edilmişdir



2013-cü il aprelin 1-dən 30-dək Naxçıvan Muxtar Respublikasında

yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi

hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının

TƏRKİBİ

Komissiyanın sədri



Salmanov Səxavət İbrahim oğlu               -        Naxçıvan Muxtar Respublikası

Səfərbərlik və Hərbi Xidmətə

Çağırış üzrə Dövlət Xidmətinin rəisi



komissiya sədrinin müavini


Quliyev Qaçay İsmayıl oğlu                       -        Naxçıvan Muxtar Respublikası

daxili işlər nazirinin müavini



komissiyanın üzvləri


İsmayılov Elnur Hüseynağa oğlu               -        Naxçıvan Muxtar Respublikası

ədliyyə nazirinin müavini


Seyidov Mirməcid Mirəli oğlu                   -        Naxçıvan Muxtar Respublikası

gənclər və idman nazirinin müavini


-        Naxçıvan Muxtar Respublikası

səhiyyə nazirinin müavini

Joomla 1.5